Jan-Klod Van Damm ilə “İnsanın qaranlığı” trillerinin treyleri yayımlanıbbackend

“İnsanın qaranlığı” filminin yaradıcıları YouTube-da trillerin treylerini yerləşdiriblər.

Filmdə baş rolu Hollivud aktyoru Jan-Klod Van Damm oynayıb.

63 yaşlı aktyor xəbərçinin oğlunu qoruyan xüsusi agent rolunu oynayıb. Onun qəhrəmanı mafiya qrupunun nümayəndələri ilə qarşılaşmalı olacaq.

Van Dammın ekrandakı tərəfdaşları Spenser Breslin, Kristanna Loken və Şennen Doherti olub.

Film mayın 21-də Qərb kinoteatrlarında nümayiş olunacaq.

Mənbə: haberler.com