Polşalı general Avrokorpunun komandiri vəzifəsindən azad edilibbackend

Avrokorpusun komandiri Yaroslav Qromadzinski hərbi əks-kəşfiyyat xidmətinin ona qarşı təşkil etdiyi yoxlamaya görə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

“Hərbi Əks-Kəşfiyyat Xidməti zabit haqqında yeni məlumatların daxil olması ilə əlaqədar general Yaroslav Qromadzinski ilə bağlı informasiya təhlükəsizliyini yoxlamaq üçün nəzarət prosedurlarına başlayıb”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Polşa Müdafiə Nazirliyi Qromadzinskinin təftişinin təfərrüatlarını təqdim etmir.

Mənbə: Haber Global