Ermənilərin torpaqlarımızda törətdiləri vəhşiliklər, dağıntılar sözlə ifadə olunmayacaq dərəcədədirbackend

“İctimai.az”ın məlumatına görə Milli Məclisin deputatı Şahin İsmayılov “ATV Xəbər”ə açıqlamasında bildirib ki, diplomatik korpusun nümayəndələri bir neçə dəfə işğaldan azad edilmiş ərazilərə aparılmışdır. Eyni zamanda ölkəmizdə olan bir sıra qonaqların həmin ərazilərə səfəri təşkil edilmişdir. Onlar real mənzərəni öz gözləri ilə görmüşlər. Bu, kifayət qədər vacib məsələlərdəndir. Çünki, ermənilərin o ərazilərdə törətdiləri vəhşiliklər, dağıntılar sözlə ifadə olunmayacaq dərəcədədir:

“İşğaldan azad edilmiş torpaqlarda həyati əhəmiyyət daşıyan obyektlərin tikintisi, ərazilərin minalardan təmizlənməsi, sərhədlərin demarkasiya işlərinin aparılması, Azərbaycanın tarixi dəyərləinin əvvəlki görkəmə qaytarılması, hava limanları, tunel, körpü və bu kimi iri infrastruktur layihələrinin inşası bölgədə iqtisadi proseslərin geniş vüsət almasından xəbər verir. Siyasi platformalarda erməni vandallarının törətdikləri vəhşiliklərin bu işlərlə paralel olaraq dünya ictimaiyyətinə çatdırılması da görülən işlərin vacib istiqamətlərindən birini təşkil edir.

7 ay zaman baxımından o qədər böyük olmasa da görülən işlər kifayət qədərdir. Ölkəmizin sahib olduğu maddi-texniki və iqtisadi imkanlarla nümayiş etdirdik ki, istənilən mürəkkəb məsələ öz həllini tapa bilər. Yetər ki, iradə və sonsuz istək olsun. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi indi bizim əsas rəqibimiz zamandır. Görülən işlər isə günbəgün keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıdışını yaxınlaşdırır”.