Estoniya prezidenti sovet abidələrinin sökülməsi ilə bağlı qanunu imzalamaqdan imtina edibbackend

“İnterfaks” xəbər verir ki, Estoniya prezidenti Alas Karis sovet abidələrinin sökülməsi haqqında qanunu imzalamaqdan imtina edib.

Onun sözlərinə görə, qanuna verilən izahatlardan “aydın görünür ki, sovet hakimiyyətinin fəaliyyəti ilə bağlı obyektlər, ilk növbədə, qadağandır”. Bununla belə, qadağanın özü daha geniş formada ifadə olunub, ona görə də qanunun icraçısı əslində nə nəzərdə tutulduğu barədə fərziyyələr irəli sürməlidir, deyə o qeyd edib.

Bundan əvvəl bildirilmişdi ki, Estoniya Müdafiə Nazirliyi sovet abidələrinin ləğvi xərclərinin ödənilməsi üçün hökumət ehtiyatından 1,42 milyon avro ayrılması üçün müraciət edir.

Mənbə: Gazeta.ru

İctimai.az