Estoniya hökuməti Rusiya və Belarusdan izobutanın idxalına qadağa qoyub. ERR xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Marqus Tsahkna bildirib.
“Biz Rusiya və Belarusdan izobutanın idxalını qadağan edən reqlamenti təsdiqləmişik. Estoniya bu qərarı milli sanksiyalar çərçivəsində qəbul edib, lakin biz bunu Aİ səviyyəsində də axtarırıq”, – o deyib.
Tsahkna izah edib ki, Aİ-nin Rusiya və Belarusdan qaz almasına qadağa qoymasına baxmayaraq, LNG idxalı butan adı altında davam edir.