Estoniya xarici işlər naziri Aİ-ni Rusiyanın İrandakı müharibədən qazanc əldə etməsinə imkan verməməyə çağırıbbackend

Rusiya və İran Yaxın Şərqdə davam edən münaqişədə “eyni tərəfdədirlər” və Avropa Birliyi Moskvanın bu müharibədən qazanc əldə etməsinə icazə verməməlidir.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bunu sosial media platforması X-də yazıb.

Onun sözlərinə görə, Rusiya və İran arasında hərbi əməkdaşlıq, Moskva ilə Tehran arasında kəşfiyyat məlumatlarının mübadiləsi və dronların istifadəsinə kömək barədə məlumatlar ölkələrin “eyni tərəfdə olduğunu getdikcə daha aydın şəkildə göstərir”.

Eyni zamanda, nazir vurğulayıb ki, “İran rejiminə qarşı mübarizə onun əsas müttəfiqi olan Rusiyanın güclənməsinə gətirib çıxarmamalıdır”.

“Kremlin bu böhrandan qazanc əldə etməsinə icazə verməməliyik. Qlobal neft qiymətlərinin artması mart ayının sonuna qədər Rusiyaya milyardlarla əlavə vergi gəliri gətirə bilər. Kreml bu puldan Ukraynaya qarşı təcavüzünü davam etdirmək və Qərblə uzunmüddətli qarşıdurmaya hazırlaşmaq üçün istifadə edəcək”, Tsahkna hesab edir.