Estoniya xarici işlər naziri Rusiya ilə dialoqun bərpasına qarşı çıxdıbackend

Estoniya xarici işlər naziri Marqus Tsahkna Rusiya ilə dialoqun bərpasına qarşı çıxdı və bu dialoqun zəruriliyini bu yaxınlarda Estoniya prezidenti Alar Karis və Latviyanın baş naziri Evika Silina dilə gətiriblər.

O qeyd edib ki, “Kreml ilə dialoqa başlamaq və Putinlə yaxşı münasibətlər qurmaq istəyi Ukraynaya zərərlidir, Avropanın təhlükəsizliyini birbaşa təhdid edir və mövcud Avropa təzyiq və təcrid siyasətinə tamamilə ziddir”.

Tsahkna vurğulayıb ki, Kremllə hazırkı danışıqlar yalnız Rusiya prezidenti Vladimir Putinin “diqqətini” cəlb edəcək və Avropanın təhlükəsizliyini zəiflədən “daha çox tələb irəli sürmək” üçün fürsət yaradacaq. O, avropalıların “Kreml masasında oturmaq” istəyinin “Qərbin zəifliyini” nümayiş etdirdiyini iddia edib.