Estoniya Xarici İşlər Nazirliyinin hüquq və konsulluq məsələləri üzrə vitse-kansleri Erki Kodar Rusiya aktivlərinin Ukraynaya ötürülməsi mexanizmindən danışıb. Bu barədə ERR teleradio şirkəti məlumat yayıb.
Vitse-kanslerin sözlərinə görə, qanun layihəsinin parlamentdə birinci oxunuşdan keçməsinə baxmayaraq, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi üçün beynəlxalq müqavilələr sisteminin yaradılması bir-iki il çəkəcək.
“Belə bir sistemin yaradılması müəyyən vaxt apara bilər. Bu, beynəlxalq müqavilələr baxımından bir və ya iki il çəkə bilər”, – deyə rəsmi izah edib.
Mənbə: TASS