Estoniyanın Tartu şəhərində strategiyanın hazırlanması və kibermüharibə aparılması üçün yeni mərkəz açılıb. “İzvestiya” qəzetinin məlumatına görə, bu bazada NATO mütəxəssisləri elektron müharibə sahəsində tədqiqatlar, sınaqlar və təkmilləşdirmələr aparacaqlar.
Estoniyanın siyasi rəhbərliyi iddia edir ki, onların ölkəsi 2007-ci ilin aprel-may aylarında Rusiya tərəfindən kütləvi kiberhücumlara məruz qalan ilk ölkə olub. Həmin vaxt Estoniyanın dövlət qurumları haker hücumları ilə üzləşmişdi ki, bu da ölkənin xüsusi xidmət orqanlarına görə, “Kreml izləri” idi. Lakin hələlik heç bir tutarlı sübut təqdim edilməyib və Rusiya ittihamları rədd edib. Daha sonra Aİ və NATO ekspertləri qeyd ediblər ki, Estoniya qurumlarının internet saytlarına edilən kiberhücumlar aşağı peşəkar səviyyədə həyata keçirilib və onlarla ölkədən, o cümlədən Estoniyanın özündən qaynaqlanıb.
2007-ci ilin sentyabrında o vaxtkı müdafiə naziri Jaak Aaviksoo bunu etiraf etdi.
Mənbə: TASS

