“#Evdə qal – inkişafından qalma” silsilə tədbirlər çərçivəsində “Biliklərini sına” distant viktorinaya start verilirbackend

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “#Evdə qal – inkişafından qalma” devizi altında silsilə tədbirlər çərçivəsində “Biliklərini sına” distant viktorinaya start verilir.

Viktorinanın “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, gənclərin intellektual və yaradıcı inkişafına təkan verilməsi, onların intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunması, karantin rejimi müddətində evdə qalan gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir.
Viktorinada iştirak etmək üçün gənclər adını, soyadını, təvəllüdünü, təhsil aldığı və ya işlədiyi müəssisəni qeyd edərək 22 aprel 2020-ci il tarixədək Nərimanov Rayon Gənclər və İdman İdarəsinin email ünvanına göndərməlidirlər. ([email protected])
Qeydiyyatdan keçən gənclər zoom proqramı ilə distant viktorinada iştirak edəcəklər.
Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsinin facebook səhifəsində elan ediləcək və karantin müddəti bitdikdən sonra mükafatlandırılacaqlar.
Qeyd: qeydiyyatdan keçən gənclər hər biri fərdi şəkildə viktorinada iştirak edərək aparıcının suallarını cavablandıracaqlar. Ən çox düzgün cavab verən gənc qalib olacaq. Suallar müxtəlif mövzularda olacaq.

İctimai.az