Fələstin prezidenti Mahmud Abbas bildirib ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin səs-küylü qətli İsrailin Qəzza zolağında hərbi kampaniyasına son qoymaq üzrə danışıqları çətinləşdirəcək. Bu barədə RİA Novosti məlumat yayıb.
“Şübhə yoxdur ki, cənab Haniyəni öldürməkdə məqsəd müharibəni uzatmaq və onun əhatə dairəsini genişləndirməkdir. Bu, təcavüzün dayandırılması və İsrail qoşunlarının Qəzzadan çıxarılması üçün davam edən danışıqlara mənfi təsir göstərəcək”, – Abbas bildirib.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyi Haniyənin ölümündə İsrailin günahkar olduğunu bildirmişdi. Xarici İşlər Nazirliyi hadisəni terror aktı və Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin pozulması adlandırıb.
Mənbə: RİA Novosti