Bir gündə ABŞ hərbçiləri Yəmənin Ənsar Allah hərəkatına aid beş husi pilotsuz təyyarəsini vurub. Bu barədə Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Komandanlıq bəyanatında husilərin Yəmənin nəzarətində olan ərazidən Ədən körfəzinə doğru atdığı üç pilotsuz uçuş aparatının (PUA) məhv edildiyi iddia edilir. Daha bir pilotsuz təyyarə birbaşa Yəmən ərazisində məhv edilib.
Bundan əlavə, CENTCOM ABŞ ordusunun Qırmızı dəniz üzərində husilərə məxsus pilotsuz uçan aparatı və gəmi əleyhinə ballistik raketi vurduğunu bildirib.
Mənbə: A Haber