Fələstinli qaçqınlar amerikalı tələbələrə dəstəklərinə görə təşəkkür edirlərbackend

Qəzza zolağının cənubundakı Rəfah şəhərində fələstinli qaçqınlar Fələstinə verdikləri dəstəyə görə ABŞ tələbə etirazçılarına təşəkkür ediblər. Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Qüds düşərgəsində qaçqınlar çadırlarına belə mesajlar yazmağa başladılar: “Təşəkkürlər, Qəzza ilə həmrəy olan tələbələr. Mesajınız gəldi.”

Düşərgənin direktoru Təkfir Həmədin sözlərinə görə, qaçqınlar ABŞ-da tələbələrin, xüsusən də Kolumbiya Universitetinin tələbələrinin fələstinlilərə dəstək üçün necə küçələrə çıxdığını mediada görüblər. Qəzzalılar etirazçıların insanpərvərliyi və mərhəmətindən təsirlənib.

Mənbə: Lenta.ru