Türkiyənin “Fənərbağça” klubunun skautları “Qarabağ”ın futbolçusu Olavio Juninyo üçün Bakıya gəliblər.
Onlar “Qarabağ”ın Portuqaliyanın “Braqa” komandasını mübarizədən kənarlaşdırdığı Avropa Liqasının pley-off mərhələsinin cavab oyununu izləyiblər.
İstanbul təmsilçisinin braziliyalı forvard barədə araşdırmaları davam etdirəcəyi vurğulanıb.
Qeyd edək ki, Juninyo 2023-cü ilin yayında “Qarabağ”a keçib.
Xatırladaq ki, səfərdə “Braqa”yaqalib (4:2) gələn “köhlən atlar” Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib. Komanda bu raundda Almaniyanın “Bayer 04” klubu ilə üz-üzə gələcək.
Mənbə: Fotospor