Fəth Trampın Yaxın Şərq ideyalarını şərh edibbackend

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının təklifləri Fələstin xalqının hüquqlarının nəzərə alınmadığı təqdirdə rədd ediləcək.

Bu barədə Fələstinin Fəth hərəkatının rəsmi nümayəndəsi Əbdülfəttah Əd-Daula “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, Vaşinqton İsraili dəstəkləməklə bağlı mövqeyini dəyişməlidir. Fəth sözçüsü paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılmasının zəruriliyini vurğulayıb.

Əbdül Fəttah Əd-Daula diqqət çəkib ki, Trampın siyasəti Fələstin xalqının hüquqlarını inkar etməyə və işğalçılıq siyasətini dəstəkləməyə davam edərsə, uğur qazana bilməyəcək.