FHN-dən Gəncədə baş verən izdihamla bağlı AÇIQLAMAbackend

Fövqəladə Hallar Nazirliyi qurumun Gəncə Regional Mərkəzinin qarşısında izdihamın baş verməsi ilə bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən  verilən məlumata görə, bu gün Gəncə şəhərində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinləri üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən qəbul həyata keçirilir:

“Prosedura uyğun olaraq qəbul günündən bir gün əvvəl, yəni dünəndən başlayaraq qəbulda iştirak etmək istəyən sakinlərin qeydiyyatı aparılıb. Həmin videogörüntülər də dünən qəbula qeydiyyata yazılmaq üçün gələn vətəndaşlara aiddir.

Qəbul üçün müraciət edənlərin hər biri qeydiyyata alınıb. Bütün müraciət edən vətəndaşların qəbulu həyata keçirilir və hər bir müraciətlə bağlı Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı operativ olaraq zəruri tədbirlər görülür.

Həmçinin, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qaydada yönləndirilir”.