Finlandiya hakimiyyəti Rusiya ilə sərhədin nə vaxt açılacağını açıqlayıbbackend

Finlandiya hökuməti Rusiya ilə sərhədi “mütəşəkkil miqrasiya” səbəbilə növbəti xəbərdarlığa qədər bağlı saxlamaq qərarına gəlib.

Reuters xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

“Əvvəllər müşahidə olunduğu kimi, mütəşəkkil miqrasiyanın bərpası və genişlənməsi riski hələ də ehtimal olaraq qalır”, – hökumət bildirir.

Bildirilib ki, Finlandiya Müdafiə Qüvvələrinin Jaeger alayının helikopterləri aprel ayında ölkənin cənubunda, o cümlədən Rusiya ilə sərhəd yaxınlığında bir həftə təlim keçəcək.