Çərşənbə axşamı Finlandiya parlamentinin binasında bir nəfər ölüb. Bu barədə “İltalehti” qəzetinə Helsinki polisindən məlumat verilib.
Fövqəladə hallar xidmətinə hadisə barədə saat 11:06-da siqnal daxil olub. Qəzetin mənbələri bunun millət vəkilinin intiharı olduğunu iddia etsə də, onun adı açıqlanmır. Parlamentin təhlükəsizlik xidmətinin rəhbəri Aaro Toivonen Yle-yə verdiyi şərhdə bu məlumatı təkzib etməyib.
Polis ölümün səbəbləri ilə bağlı araşdırmalara başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, cinayət əlamətlərinə rast gəlinməyib. Hadisə yerində bir neçə polis patrulu və həkimlər işləyir. Situasiya mərkəzi “Karhu” xüsusi təyinatlı dəstəsinin parlamentə cəlb olunmamasına aydınlıq gətirib.