Finlandiya partlayıcı maddələr istehsalı zavodu tikməyi planlaşdırırbackend

Finlandiya NATO-dakı müttəfiqlərinə ölkədə Ukrayna münaqişəsinə görə hazırda Avropada çatışmazlığı müşahidə olunan partlayıcı maddələrin istehsalı üzrə müəssisə tikməyi təklif edib.

Finlandiyanın müdafiə naziri Antti Hakkänenin sözlərinə görə, zavodun tikintisi ilə bağlı qərar indi qəbul edilməlidir ki, “istehsal bir-iki ilə başlaya bilsin”. O bildirib ki, Finlandiya tezliklə bu məsələni Şimali Avropa ölkələri ilə müzakirə edəcək.

Nəşr qeyd edir ki, Avropa partlayıcı maddələr çatışmazlığı ilə üzləşib. Yeganə TNT istehsal edən zavod Polşada yerləşir, lakin o, Avropa ölkələrinin Ukraynada Rusiya xüsusi əməliyyatının başlamasından sonra artan tələbatını ödəmir.

Mənbə: A Haber