Finlandiya prezidenti Niiniste Rusiyanın Aland adalarındakı konsulluğunun bağlanmasını dəstəkləməyib

Finlandiya prezidenti Sauli Niiniste hərbisizləşdirilmiş Aland adalarında Rusiya konsulluğunun bağlanması ideyasını dəstəkləməyib.

Bu barədə YLE məlumat yayıb.

Eyni zamanda, o qeyd edib ki, Helsinki konsulluğun işi müəyyən edilmiş normaları pozarsa və kəşfiyyat üçün istifadə olunarsa, müvafiq tədbirlər görməyə hazırdır.

“Əlbəttə, əgər siz diplomatik statusla fəaliyyət göstərirsinizsə, fəaliyyətiniz diplomatiya qaydalarına uyğun olmalıdır. Biz də buna mütləq əməl edəcəyik”, – deyə o bildirib.

Oxşar xəbərlər