İndoneziya sahillərində 6,2 bal gücündə zəlzələ baş veribbackend

İndoneziya sahillərində Banda dənizində 6,2 bal gücündə zəlzələ baş verib.

Bunu Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatları sübut edir.

Zəlzələ UTC vaxtı ilə 8:23-də Katobudan 319 km şərqdə və Ambondan 340 km şimal-qərbdə qeydə alınıb. Yeraltı təkanların mənbəyi 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.