Finlandiya prezidenti Rusiyanın London və Helsinkiyə “zərbə” endirəcəyindən ehtiyat edirbackend

Müasir müharibədə Rusiyanın Londona hücum etməsi Helsinki üçün olduğu qədər asandır. Bunu Finlandiya Prezidenti Aleksandr Stubb bildirib. Bu barədə “The Times” qəzeti məlumat verib.

“Müasir müharibədə Moskvanın Londona hücum etməsi Helsinki üçün olduğu qədər asandır. Hətta zaman baxımından belə, ballistik raketlər və ya dronlardan danışırıqsa”, – Stubb belə əsaslandırıb.

O, Britaniya paytaxtının guya Moskvadan Helsinki ilə eyni təhdidlərə məruz qaldığını iddia edib.

Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Rusiyanın heç kimə hücum etmək niyyətində olmadığını vurğulayıb. Ötən il Slovakiyanın Baş naziri Robert Fiko ilə görüşündə Rusiya lideri bunu təkrarlayıb. Putinin sözlərinə görə, Rusiyanın Qərb ölkəsinə hücum etməsindən danışan siyasətçilər “dəhşət filmləri üzrə mütəxəssislərdir”.