Finlandiya Rusiya Federasiyası ilə sərhəddə sığınacaq axtaran şəxslərlə müsahibə üçün kabinlər quraşdırır

Finlandiya hakimiyyəti Rusiya ilə sərhəddə sığınacaq axtaran şəxslərlə müsahibələrin aparılacağı konteynerlərdən hazırlanmış kabinələr quraşdırır. Bu barədə Finlandiyanın Yle telekanalı məlumat yayıb.

Finlandiyanın Sərhəd və Dəniz Nəqliyyatı Departamentinin rəis müavini Marko Turunen qeyd edib ki, onun departamentinin vəzifələrinə sərhəddə lazımi infrastrukturun təşkili daxildir. Onun sözlərinə görə, müsahibəni ucqar ərazidə keçid məntəqəsində deyil, birbaşa təbiətdə, məsələn, kabinədə aparmaq olar.

Turunen qeyd edib ki, hazırda 2000 Finlandiya sərhədçisinə qaçqınların qovulması haqqında iyulda qəbul edilmiş yeni qanun çərçivəsində fəaliyyət göstərmək üçün təlimlər keçirilir.

Mənbə: TASS

Oxşar xəbərlər