Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Ryazan vilayətində dəmiryolunu partlatmaqda ittiham olunan Ruslan Sidiki istintaq təcridxanasında İtaliyadan konsulluq yardımı almaq istəyib. Bu barədə RİA Novosti mənbəyə istinadən xəbər verir.
Qeyd olunur ki, təqsirləndirilən şəxsin həm Rusiya, həm də İtaliya vətəndaşlığı var. İndiyədək konsul istintaq təcridxanasında görünməyib.
İyulun 31-də Ruslan Sidiki Dyaqilevo hərbi aerodromuna dörd öz-özünə yığılmış dronun köməyi ilə hücum etdiyini etiraf edib.
Mənbə: RİA Novosti