Finlandiyada Baltik dənizində kabellərə ziyan vurmaqda şübhəli bilinən Eagle S tankerinin heyətinə ziyan vurmaq və telekommunikasiyanı pozmaq ittihamı irəli sürülüb.
Bu barədə Finlandiyanın Yle telekanalı məlumat yayıb.
Bildirilir ki, işdə gəminin kapitanı və iki köməkçisi təqsirləndirilir. İttiham tərəfi iddia edir ki, hadisə elektrik təchizatı və rabitə sisteminə ciddi təhlükə yaradıb və təmirə ən azı 60 milyon avro xərclənib.
Öz növbəsində ekipaj üzvləri də günahlarını etiraf etmirlər. Müdafiə tərəfi təkid edir ki, hadisə Finlandiyanın ərazi sularından kənarda baş verdiyi üçün işin Finlandiya yurisdiksiyasında aparılması mümkün deyil.