Finlandiya Tanker Eagle S zabitlərinin Baltik dənizində kabeli zədələməkdə şübhəli bilinirbackend

Finlandiyanın Milli Təhqiqat Bürosu Baltik dənizində zədələnmiş kabellərlə bağlı araşdırmasını başa çatdırdığını bildirib.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, büro Eagle S neft tankerinin yüksək rütbəli zabitlərini cinayət törətməkdə və telekommunikasiyaya müdaxilədə şübhəli bilir.

Mayın 30-da bildirildi ki, Finlandiya polisi ibtidai istintaq materiallarını baş prokurorun müavininə təhvil verib. Baş prokurorun müavini Jukka Rappe öz növbəsində istintaq materiallarının Baş Prokurorluğa daxil olduğunu bildirib.

Finlandiya və Estoniya arasında EstLink 2 elektrik ötürücü xətti keçən ilin dekabrında sıradan çıxıb. Finlandiya polisi Kuk adaları bayrağı altında üzən Eagle S tankerini kabelə və dörd sualtı rabitə kabelinə ziyan vurmaqda şübhəli bilinərək saxlayıb.