Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Vladimir Zelenskini nankorluqda və təkəbbürdə ittiham edib. Bu barədə o, Kossuth Radio-nun efirində bildirib.
“Ukrayna Macarıstandan kömək alır, çünki biz dərhal insanları qəbul etməyə başladıq, onların burada işləməsinə icazə veririk, onlara iş veririk, uşaqlarını yedizdiririk, onlara təhsil veririk. Bundan sonra hörmətsizlikdən danışmaq həddi aşmaqdır. Zelenski bunu başa düşməlidir”, – Orban deyib.
Onun sözlərinə görə, Macarıstan Qərbi Avropa kimi Ukrayna qarşısında diz çökən ölkə deyil.