Finlandiyada dron televiziya qülləsinə çırpılıbbackend

Finlandiyanın paytaxtı Helsinki polisi pilotsuz təyyarənin yerli televiziya qülləsinə çırpılması ilə bağlı “Casusluq” maddəsi ilə cinayət işi açıb.

Bu barədə Yle portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, dron xüsusi icazə tələb olunan Pasila ərazisində polis və Yle yayım şirkətinin binaları üzərində uçurdu. Müəyyən bir anda dronun sahibi siqnal itdiyi üçün onu idarə edə bilməyib və pilotsuz təyyarə televiziya qülləsinə çırpılıb.

Bundan sonra həmin şəxs özü televiziya qülləsinə xidmət göstərən şirkətə gələrək hadisə barədə məlumat verib. O, saxlanılıb və Finlandiyanın təhlükəsizliyinə xələl gətirə biləcək məlumatları əldə edib ötürdüyü üzə çıxsa, casusluqda ittiham oluna bilər. Bu maddə üzrə maksimum cəza 10 il həbsdir.

Mənbə:  A haber