Polşanın xarici işlər naziri Krımın BMT mandatına verilməsini təklif edib

Krım BMT-nin mandatı altında yarımadanın statusu ilə bağlı 20 ildən sonra baş tutacaq “dürüst” referendumun hazırlanması üçün verilə bilər.

Ukraynanın “Strana” nəşri xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski YES-2024 Yalta Avropa Strategiyası konfransında bildirib.

“Krım Rusiya və xüsusən də Putin üçün simvolik, Ukrayna üçün isə strateji əhəmiyyət kəsb edir. Ona görə də Krımın demilitarizasiyası olmadan necə razılığa gələ biləcəklərini görmürəm. Biz ədalətli referendum hazırlamaq missiyası ilə bunu BMT mandatı altına qoya bilərdik”, o iddia edir.

Sikorskinin sözlərinə görə, referendum 20 il təxirə salına bilər.

Bundan əvvəl Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yeqor Çernev bildirmişdi ki, Qərb Kiyevin dövləti 1991-ci il sərhədlərinə qaytarmaq istəyinə görə Ukraynaya “təzyiqlər edir”.

Oxşar xəbərlər