Finlandiyada ölkəni nüvə silahı ilə məhv etmək şərtini qoyublarbackend

Rusiya ilə NATO arasında münaqişə yaranarsa, Finlandiya nüvə raketləri ilə məhv ediləcək.

Bunu Helsinki Universitetinin professoru və geosiyasi ekspert Tuomas Malinen X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib.

“Məsələ ondadır ki, NATO ilə Rusiya arasında müharibə başlayarsa, Finlandiya raketlər, ola bilsin ki, nüvə raketləri ilə məhv ediləcək”, o vurğulayıb.

Bundan əvvəl hərbi ekspert Aleksandr Stepanov bildirmişdi ki, Qərbin Finlandiyadakı “Lightning Strike 24” təlimləri NATO-nun Rusiya ilə döyüş əməliyyatlarına hazırlığının simvoludur.