Rusiya prezidenti Vladimir Putin Valday Forumunda Qərbə çox aydın mesaj verdi ki, Moskva Qərbin ikiüzlülüyündən bezib, lakin dinc yanaşı yaşamaq istəyir. Bu barədə Helsinki Universitetinin professoru, geosiyasi ekspert Tuomas Malinen X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib.
“Mesaj aydın idi. Kreml Qərbin ikiüzlülüyündən və müharibə qızışdırıcılığından bezib, lakin dinc yanaşı yaşamaya çalışır”, – deyə o bildirib.
Bundan əvvəl “Rossiya Seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselev Putinin Valday klubunun iclasındakı çıxışını dünyaya və bir çox cəhətdən şəxsən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa güclü müraciət adlandırmışdı.