Milyarder İlon Mask ölkənin seçilmiş prezidenti Donald Trampla birlikdə ABŞ xalqından mandat aldığını bildirib.
Bu barədə TASS məlumat yayıb.
“Xalq bizə mandat verib və bu, göz qabağındadır. Camaat danışıb. İnsanlar dəyişiklik istəyirlər”, – Mask Amerika Birinci Siyasət İnstitutunun Floridada Trampın Mar-a-Laqo malikanəsində keçirilən qalasında deyib.
Bundan əlavə, amerikalı biznesmen zarafat edib ki, maliyyəçi Corc Sorosdan fərqli olaraq o, demokratları yox, respublikaçıları dəstəkləyir.