Finlandiyanın baş naziri Petteri Orpo Rusiya ilə sərhədin bağlı qalacağını bildirib. Bu barədə “İltalehti” məlumat yayıb.
“Şərq sərhədi növbəti xəbərdarlığa qədər bağlıdır” dedi.
Onun sözlərinə görə, Finlandiya “Rusiya ilə razılaşaraq bir və ya bir neçə sərhəd məntəqəsinin açılmasına” yol tapılmayana qədər onu aça bilməz. O qeyd edib ki, hazırda belə bir qarşılıqlı anlaşma yoxdur.
O qeyd edib ki, Finlandiya sərhədi yalnız o halda aça bilər ki, Rusiya Federasiyası Finlandiyaya müvafiq sənədləri olmayan miqrantları göndərməsin.