Türkiyənin Ərzurum vilayətinin Palandöken dağ-xizək kurortunda qar uçqunu baş verib.
Bu barədə İHA agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, üç nəfər xilas edilib, iki nəfər qar altında qalıb. Hadisə yerində xilasedicilər işləyir.
Palandöken Türkiyənin şimal-şərqində, Ərzurum şəhərindən 6 km aralıda, Palandöken dağında yerləşən xizək kurortudur.