Florida ştatındakı hava limanında Trampın təyyarəsi başqa bir təyyarə ilə toqquşubbackend

ABŞ-ın keçmiş prezidenti Donald Trampın şəxsi təyyarəsi Florida ştatındakı hava limanında başqa bir təyyarə ilə toqquşub. Bu barədə Reuters xəbər verir.

Mövcud məlumata görə, hadisə mayın 14-nə keçən gecə Florida ştatının West Palm Beach beynəlxalq hava limanının ucqar hissəsində baş verib. Trampın Boeing 757 təyyarəsi taksi sürərkən park edilmiş biznes təyyarəsinin qanadına çırpılıb.

ABŞ Federal Aviasiya İdarəsi (FAA) toqquşmanı təsdiqləyərək, hadisənin araşdırıldığını bildirsə də, təyyarənin Trampa məxsus olduğunu deməyib.

Mənbə: Reuters