Türkiyə prezidenti mümkün çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas keçiribbackend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişi təhlükəsi ilə bağlı məlumatların ortaya çıxmasından sonra təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə təcili iclas keçirib. Bu barədə Türkiyə qəzeti məlumat yayıb.

Bundan əvvəl Ankara Təhlükəsizlik Müdirliyindən bir neçə əməkdaş işdən çıxarılıb. Onlar “Ayxan Bora Kaplan” cinayət təşkilatı ilə əlaqədə olmaqda ittiham olunublar. Rəqəmsal materialları ələ keçirmək üçün işdən qovulan polis məmurlarının evlərində axtarış aparılıb.

Prezidentin müttəfiqi, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı parlamentdəki fraksiya iclasında bildirib ki, baş verənlər Ərdoğanı devirmək üçün sui-qəsdin olduğunu göstərə bilər. Bununla əlaqədar olaraq, Bahçeli səlahiyyətliləri yalnız bir neçə polis əməkdaşının işdən çıxarılması ilə məhdudlaşmamağa çağırıb.

Mənbə: Haber.com