“SkyNews” xəbər verir ki, “Floris” qasırğası Britaniyada dəmir yolu nəqliyyatı və hava limanlarında fasilələrə səbəb olub.
Bir neçə dəmir yolu operatoru Şotlandiya və İngiltərənin şimalında qatarların hərəkəti ilə bağlı problemlər barədə xəbərdarlıq edib. Göstərilir ki, Network Rail gün ərzində Şotlandiyada bir neçə marşrutu bağlayacaq, digər dəmir yolu şirkəti LNER isə sərnişinləri Nyukaslın şimalına getməməyə çağırıb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar magistrallarda nəqliyyatın hərəkəti də dəyişib. Səlahiyyətlilər sürücülərdən diqqətli olmalarını xahiş edir. KİV-in məlumatına görə, fırtına səbəbindən Şotlandiyanın bir neçə magistralında artıq qəzalar baş verib.