Fransa Senatı fevralın 18-də idman tədbirlərində hicab, burka və digər dini simvolların geyinilməsini qadağan edən qanun layihəsinə baxmağı planlaşdırır.
Bu barədə Le Point nəşri məlumat yayıb.
“Senat idman tədbirlərində dini simvolların taxılmasını qadağan edən təklifə baxacaq”, – nəşr yazır.
Qanun layihəsinin birinci maddəsi bütün idman tədbirlərində dini simvolların qadağan edilməsinə aiddir. Mədəniyyət, Təhsil, Rabitə və İdman Komitəsi bu tədbirin yalnız regional və respublika yarışlarına təsir göstərə biləcəyinə aydınlıq gətirir. Bu qadağa dini xarakterli geyimlərə də şamil ediləcək.