Qazaxıstan və Macarıstan sınaq neft tədarükü haqqında razılığa gəliblərbackend

Drujba kəməri ilə Qazaxıstandan Macarıstana sınaq neftinin tədarükü 2025-ci ildə baş tutacaq.

Bu barədə Qazaxıstan Energetika Nazirliyinin saytında məlumat verilib.

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev ilə Macarıstanın xarici iqtisadi əlaqələr və xarici işlər naziri Peter Szijjarto arasında keçirilən görüşdə Qazaxıstan neftinin Macarıstana çatdırılması məsələləri müzakirə olunub.

“2025-ci il ərzində sınaq tədarükləri ilə bağlı razılıq əldə olunub”, – deyə məlumatda bildirilir.