Fransa Rusiyanın nüvə təlimlərini NATO ölkələri üçün xəbərdarlıq adlandırıbbackend

Beynəlxalq məsələlər üzrə ekspert Gallagher Fenwick bildirib ki, Rusiyanın nüvə təlimlərinə başladığını elan etməsi Ukraynaya silah göndərən NATO ölkələrinə xəbərdarlıqdır. O, fikirlərini Fransanın LCI telekanalında bölüşüb.

Analitikin fikrincə, Rusiya prezidenti Vladimir Putinin xəbərdarlıq etdiyi şəxslərin “uzun siyahısı” var. Bunlara Fransa lideri Emmanuel Makron, Estoniyanın baş naziri Kaja Kallas və Ukrayna rəhbəri Vladimir Zelenski daxildir.

“Yəni, təlimlər bütün Ramstein təmas qrupuna, başqa sözlə, Ukraynanı siyasi, maliyyə və hərbi cəhətdən dəstəkləyən ölkələrə ünvanlanıb”, – Fenvik bildirib.

Mənbə: TASS