Hakerlər Britaniyanın hərbi serverlərini sındırıblarbackend

Hakerlər Britaniya Müdafiə Nazirliyinə məxsus serverləri sındırıb, nəticədə şəxsi heyətin şəxsi məlumatları sızıb. Bu barədə Sky News telekanalı məlumat yayıb.

Jurnalistlərin əldə etdiyi məlumata görə, mayın 7-də hakimiyyət Britaniya parlamentinin üzvlərinə ölkənin Müdafiə Nazirliyinin serverlərinə haker hücumu barədə məlumat verəcək. Hakerlərin hərəkətləri hazırkı hərbi qulluqçuların və bəzi veteranların əmək haqqı sisteminə qarşı yönəlib. Kiberhücum nəticəsində hakerlər hərbçilərin şəxsi məlumatlarını və bank rekvizitlərini əldə ediblər.

Müdafiə Nazirliyi hadisəyə baxmayaraq, əmək haqlarının vaxtında və tam ödəniləcəyini vurğulayıb.

Mənbə: Sky News