Fransa Trampın qələbə şansını qiymətləndiribbackend

Amerika seçkilərinin ilk nəticələri Respublikaçı namizəd Donald Tramp üçün nikbinlik yaradır. Səslərin hesablanması ilə bağlı bu cür dəyərləndirməni fransız siyasətçisi, Vətənpərvərlər partiyasının lideri Florian Filippot “Les Incorrectibles”in “Youtube”da yayımlanan efirində verib.

“Gördüyüm ilk nəticələr ümidvericidir. Elə bir fırıldaq faktoru da var ki, biz onu idarə edə bilmirik, bu, birdən baş verə bilər”, – deyə siyasətçi qeyd edib.

Filipponun fikrincə, Trampın potensial qələbəsi dünya səhnəsində vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər. Filippo hesab edir ki, bunun nəticələrindən biri Ukraynada sülhün əldə olunması ola bilər.