Fransada 5,3 bal gücündə zəlzələ baş veribbackend

Fransanın ölkənin qərbində yerləşən Nant şəhərində 5,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə TASS Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Qeyd olunur ki, zəlzələnin episentri Nant şəhərindən 127 kilometr cənub-şərqdə yerləşib. Mənbə 12 kilometr dərinlikdə yerləşirdi.

Bundan əvvəl Filippində 6,2 bal gücündə zəlzələnin qeydə alındığı bildirilirdi. Zəlzələlərin episentri Batanqas şəhərindən 41 km cənub-qərbdə yerləşib. Orada 237 min nəfər yaşayır. Mənbə 2 km dərinlikdə yerləşirdi. Zərərçəkənlər və dağıntılar barədə hazırda məlumat yoxdur.

Mənbə: TASS