Rusiya Federasiyasının Ədliyyə Nazirliyi direktor Vitali Manskini xarici agentlər siyahısına daxil edib.
Bu barədə Ədliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Siyahıda həmçinin iqtisadçı Sergey Aleksaşenko, hüquq müdafiəçisi Lev Şlosberq, jurnalistlər Svetlana Prokopyeva və Yuliya Paramonova da var.
Bundan əlavə, siyahıya “Vesma” informasiya portalı və Azad Yakutiya Fondu daxildir.
Ötən ilin oktyabrında rejissor Vitali Manskinin vəkili Sergey Badamşin bildirmişdi ki, kinorejissor böhtanla bağlı cinayət işində şübhəli bilinir.
Mənbə: Lenta.ru

