Fransada Rafale qırıcısının toqquşması nəticəsində iki pilot həlak olub. Bu barədə Fransa prezidenti Emmanuel Makron özünün X səhifəsində bildirib.
“Biz kapitan Sebastien Mabire və leytenant Matthijs Laurensin Rafale təlim uçuşu zamanı təyyarə qəzasında həlak olmasını kədərlə öyrəndik” dedi Fransa lideri.
İnsident Sen-Dizye aviabazasında təlim uçuşu zamanı baş verib. Onun səbəbləri hələ açıqlanmayıb. Təlimdə ümumilikdə üç pilot iştirak edib. Qəzaya uğrayan təyyarələrdən birinin pilotu havaya qalxmağı bacarıb. O, sağ qalıb və xəsarətlərlə xilas olub.
Mənbə: Gazeta.ru