Rusiyanın Yeni Zelandiyadakı səfirliyi qarşısında etirazlar davam edir və yerli polis buna qeyri-adekvat reaksiya verir. “İzvestiya” qəzetinin yazdığına görə, Rusiya diplomatik missiyası qeyd edir ki, hüquq-mühafizə orqanları missiyanın və onun əməkdaşlarının təhlükəsizliyinə kifayət qədər əhəmiyyət vermir.
Rusiya nümayəndələri misal göstəriblər ki, 2022-ci ildə binanın yandırılması cəhdinə görə məsuliyyət daşıyan şəxs yalnız simvolik cəza alıb.
Rusiyanın Vellinqtondakı səfirliyinə qarşı etirazlar 2022-ci ilin fevralında başlayıb və hələ də davam edir. Diplomatik missiya bunu nəzarətsiz anti-Rusiya təbliğatı və Rusiyaya qarşı ümumi mənfi münasibətlə əlaqələndirir.
Mənbə: İzvestiya