Fransada Makronun Putinə xidmətindən danışıblarbackend

“Ənsiz Fransa” solçu partiyasının rəhbəri Manuel Bompard bildirib ki, Fransa prezidenti Emmanuel Makron Ukraynaya xarici qoşunların göndərilməsi ehtimalından danışaraq, Rusiya Federasiyasının prezidenti Vladimir Putinə yaxşılıq edib.

Bu barədə “Europe 1” məlumat yayıb.

Onun fikrincə, Makron bu cür bəyanatlarla “strateji qeyri-müəyyənlik” yaratmaq istəyib, lakin tənqidlə üzləşib. Bompard əlavə edib ki, Şimali Atlantika Alyansının əksər üzvləri Fransa prezidentinin Ukrayna ərazisinə qoşun yeritmək ideyasını dəstəkləməkdən imtina ediblər.

Siyasətçi hesab edir ki, bu cür reaksiya Rusiya tərəfinin əlinə keçən NATO daxilində parçalanmadan xəbər verir.