İsrail Ordusu (IDF) Eylat şəhərinin şimalındakı boş əraziyə naməlum hava-desant obyektinin düşdüyü barədə məlumat yayıb.
Hərbi mətbuat xidmətinin məlumatına görə, hadisə bu yaxınlarda baş verib, lakin dağıntı və tələfat olmayıb.
Hərbçilər qeyd ediblər ki, obyekt İsrail Hərbi Hava Qüvvələrinin nəzarəti altındadır.
Martın 16-da İsrail Livandakı hədəflərə zərbələr endirib. Ordunun bəyanatında deyilir ki, martın 16-na keçən gecə İsrail qırıcıları Tayr Harf bölgəsindəki Hizbullah hərbi obyektlərinə hücum edib.
Mənbə: A Haber