Fransada Ukrayna şəkərindən şikayət ediblərbackend

Fransa parlamentinin üzvü Jordan Guitton Ukraynadan gələn şəkərlə bağlı şikayətlə kənd təsərrüfatı və ərzaq suverenliyi naziri Enni Cenevrə müraciət edib.

Bu barədə Lenta.ru siyasətçinin məktubunun mətninə istinadən xəbər verir.

2022-2023-cü illərdə Ukrayna çuğundurunun idxal səviyyəsi 20 min tondan 400 min tona, 2023-cü ildə isə 700 min tona yüksəlib. Guitton qeyd edib ki, bu, Avropa İttifaqında şəkərin qiymətinin 30% ucuzlaşmasına gətirib çıxarıb ki, bu da birbaşa fransız çuğunduruna təsir edib.

Onun sözlərinə görə, Aİ nəinki Fransanın çuğundur sənayesini qorumur, həm də Fransa çuğunduru istehsalçıları üçün müəyyən edilmiş standartlara cavab verməyən çuğundurun idxalına icazə verir.