Fransalı siyasətçi Makronun Ukrayna ilə bağlı açıqlamalarını Rusiyaya müharibə elanı adlandırıbbackend

Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippot hesab edir ki, Fransa prezidenti Emmanuel Makronun Avropa ölkələrindən Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı bəyanatı Rusiyaya müharibə elanıdır. Bu barədə RİA Novosti məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, Qərb ölkələri Ukrayna münaqişəsini gərginləşdirmək istəyir. Onun sözlərinə görə, Fransa dövlət başçısının Ukraynaya quru qoşunları və uzaqmənzilli raketlər göndərilməsi ilə bağlı bəyanatları “artıq eskalasiya deyil, bu, müharibədir”.

“Əgər siz Moskvaya çata biləcək və bir ölkəyə qoşun göndərə biləcək uzaq mənzilli silahlar göndərirsinizsə, bunun adı nədir? Buna müharibə deyilir. Bu o deməkdir ki, biz nüvə dövləti olan Rusiya ilə müharibəyə gedəcəyik”, Filippo davam etdi.

Mənbə: RİA Novosti